Xəbərlər
ETİHİ Samux Rayon Komitəsinin üzv təşkilatlarında "28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü"nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin üzv təşkilatı olan Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbində "28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü"nə həsr olunmuş "sağlam psixososial iş mühitinin yaradaılımasını təmin edək" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi həm texniki heyətin, həm də müəllim kollektivinin iş yerində stressiz iş mühitinin formalaşdırılmasının, psixoloji rifahın yaxşılaşdırılmasının əhəmiyyətini vurğulamaqdır.
Tədbir zamanı qarşılıqlı dəstəyin ön plana çıxarılması, komandadaxili ünsiyyətin gücləndirilməsi mövzularında müzakirələr aparılıb.








