“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Samux Rayon Komitəsinin üzv təşkilatlarında "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbirlər keçirilib

11/11/2026, 10:56
xeber1

Samux şəhər 3 nömrəli, Köbər kənd, Tatlı kənd, Füzuli kənd, Qədili kənd və Seyidlər kənd 1 nömrəli tam orta ümumtəhsil məktəblərində İlk Həmkarlar Təşkilatlarının təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin iştirakı ilə "Zərərli vərdişlərə son!" mövzusunda maarifləndirici silsilə tədbirlər davam etdirilir.

​Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin sağlam ruhda böyüməsi, şagirdlərin zərərli vərdişlərdən, xüsusilə narkomaniyanın fəsadlarından qorunması, cəmiyyətdə anti-narkotik təbliğatın gücləndirilməsi və yeniyetmələr arasında maarifləndirmə işlərinin artırılmasıdır.

​Tədbirdə çıxış edənlər narkomaniyanın insan orqanizminə, mənəviyyatına və sosial həyatına vurduğu sağalmaz yaralardan bəhs edərək, bu bəlaya qarşı mübarizədə hər bir fərdin, xüsusən də təhsil ocaqlarının və gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar. Şagirdlərə asudə vaxtın verimli təşkili, idmana və elmə həvəsin artırılmasının zərərli vərdişlərdən uzaq durmaqda oynadığı mühüm rol xatırladılıb.

​Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş olunub və şagirdlərə sağlam həyat tərzini seçmələri tövsiyə edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: