“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Səbail Rayon Komitəsi üzv təşkilatlara Yeni il ərəfəsində səhər yeməyi təşkil edib

29/12/2025, 19:15
xeber1

ETİHİ Səbail Rayon Komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində üzv təşkilatların nümayəndələri üçün asudə vaxtının səmərəli təşkili, müəssisə rəhbərlərinin və ilk təşkilat sədrlərinin arasında əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə səhər yeməyi təşkil edib.

Səmimi mühitdə keçən səhər ziyafəti maraqlı intellektual oyunlar, faydalı ideya mübadiləsi və qarşıda gələn 2026-cı il ilə bağlı həmkarlar ailəsinin üzvlərinin bir birinə xoş arzularla yekunlaşıb. İttifaq üzvləri tərəfindən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ailəsinə göstərilən qayğıya və diqqətə görə təşəkkürlər bildirilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: