Xəbərlər
ETİHİ Səbail Rayon Komitəsində yubilyarlarla görüş keçirilib
05/12/2025, 17:05

Bugün ETİHİ Səbail Rayon Komitəsinin noyabr ayı üzrə 50, 55 , 60, 65, 70 yaşı tamam olan 18 yubilyarlarla görüş keçirilib. Yubilyarlara təşəkkür mənası daşıyan qızıl güllərdən ibarət kompozisiya və simvolik hədiyyələr təqdim edilərək, təhsil sahəsində yeni uğurlar arzu edilib.
Yubilyarların adından çıxış edən müəllimlər tərəfindən Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ailəsinə bu təşəbbüsə və müəllimlərə göstərilən diqqət və qayğıya görə təşəkkürlər bildirilib.









