“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Səbail Rayon Komitəsinin nümayəndəsi UNESCO-nun "Müəllimlərin süni intellekt dövründə qorunması və dəstəklənməsi" mövzusunda vebinarda iştirak etdi

25/11/2025, 18:39
xeber1


Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin layihələr, tədbirlər və sosial media platformalarla iş üzrə mütəxəssisi Elçin Sərdarov 21 noyabr-da UNESCO BMT-nin ixtisaslaşmış agentliyinin “Təhsil üzrə Müəllimlər üçün Beynəlxalq İş Qrupu 2030”-un (İnternational Task Force for Teachers for Education 2030) Rəqəmsal Təhsil və Süni İntellekt (AI) üzrə Tematik Qrupunda “Müəllimlərin süni intellekt dövründə qorunması və dəstəklənməsi” mövzusunda ingilis dilində keçirilmiş vebinarda iştirak etdi.

Vebinarın məqsədi “Təhsil üzrə Müəllimlər üçün Beynəlxalq İş Qrupu 2030”-nun Mövqe Sənədini təqdim etmək, maraqlı tərəflərlə kommunikasiya qurmaq, təbliğ etmək, vebinar iştirakçılarına bu resursların niyə, necə inkişaf etdirildiyini izah etdirmək, şəbəkədə və ondan kənarda sənədin necə paylaşılacağını müzakirə etmək, təhsildə süni intellekt (Aİ) üzrə həmyaşıdların öyrənməsini gücləndirmək, Avropa Təlim Fondunun süni intellekt (AI) üzrə Öyrənmə Klubu kimi yeni nümunələrlə iştirakçıları həvəsləndirmək, bir-birinin fəaliyyətləri ilə tanış olmaq və gələcək təşəbbüslərinə töhfə vermək idi.

Vebinar zamanı E.Sərdarov süni intellektin tədrisdə tətbiqi, etik məsələlər, müəllimlərin süni intellekt dövründə yeni kompetensiyaların inkişafının vacibliyi, fasilitasiya, dəstəkverici rolları haqqında fikirləri ilə bölüşdü, sual-cavab sessiyasında iştirak etdi.

Vebinarda UNESCO-nun Müəllimlərin inkişaf bölməsinin və Teacher Task Force Katibliyinin müdiri Karlos Varqas, Qlobal Layihələr, Rəqəmsal vəd bölməsinin müdiri, Rəqəmsal və süni intellekt üzrə tematik qrupun həm - rəhbəri April Villiamson, ETF-in insan resurslarının inkişafı üzrə eksperti Fabio Nascimbeni, təhsil ekspertləri Michela Pagano, Sarah Younie, Erin Chemery, Georgina Rivera-Singletary və başqaları təhsil liderlərin, müəllimlərin, tələbə və şagirdlərin süni intellekt sahəsində kompetensiyaları və inklüziv rəqəmsal transformasiyalar, insan mərkəzi düşüncə tərzi, süni intellekt və etika, süni inlellektin əsasları, texnikası, tətbiqləri və d.məsələlər haqqında məlumatla bölüşdülər.

Müxtəlif ölkələrin təhsil liderləri və məsləhətçiləri keçirilmiş vebinarda süni intellektin idarəedilməsi, inteqrasiyası və interaktiv müzakirələr vasitəsilə real dünya kontekstinə tövsiyələrin tətbiqinə cəlb edilməsi, dialoqun inkişafı, bu sahədə müəllim təsirini gücləndirən praktiki ideyalarla bölüşdülər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: