“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Səbail Rayon komitəsinin üzv təşkilatlarında inkişafetdirici təlimlər davam edir

17/02/2026, 22:15
xeber1

Buğün ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 33 nömrəli məktəbəqədər təhsil müəssisəsində "Ünsiyyət bacarıqları" mövzusunda sertifikatlaşdırılmış təlimçi-məsləhətçi Elçin Sərdarov ödənişsiz təlim keçirib.

  Təlimin məqsəd və vəzifələri - tərbiyyəçilər arasında ünsiyyəti gücləndirmək, onlara uşaqlarla müsbət və inkişafetdirici kommunikasiyanın qurulması, valideynlərlə səmərəli əməkdaşlıq edilməsi sahəsində bacarıqların formalaşdırılmasında dəstək olmaq idi. 

 Təlim iştirakçıları səmərəli kommunikasiyanın əsasları, növləri, məktəbəqədər müəssisədə əsas ünsiyyət maneələri, peşəkar ünsiyyətin 4 prinsipi, ünsiyyət alqoritmi ilə tanış oldular. 

Təlim maraqlı rol oyunları və təqdimatlarla davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: