Xəbərlər
ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatlarında inkişafetdirici təlimlər davam edir

Buğün ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 25 nömrəli məktəbəqədər təhsil müəssisəsində "Oyunla öyrənirik: ünsiyyət və inkişaf" mövzusunda sertifikatlaşdırılmış təlimçi-məsləhətçi Elçin Sərdarov ödənişsiz təlim keçirib.
Təlimin məqsədi - tərbiyyəçilər, uşaqlar və valideynlər arasında ünsiyyəti oyunlar vasitəsilə gücləndirmək, onlara müsbət və inkişafetdirici kommunikasiyanın qurulması, səmərəli əməkdaşlıq edilməsi sahəsində bacarıqların formalaşdırılmasında dəstək olmaq idi.
Təlim iştirakçıları səmərəli kommunikasiyanın əsasları, növləri, məktəbəqədər müəssisədə əsas ünsiyyət maneələri, peşəkar ünsiyyətin 4 prinsipi, ünsiyyət alqoritmi ilə tanış oldular.
Təlim "Meyvə salatı","İkisindən biri", "Adanı seç", "Aktiv dinləmə" və digər maraqlı oyunları və təqdimatlarla davam edib.




