“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatlarında inkişafetdirici təlimlər davam edir

10/06/2026, 14:49
xeber1

  Buğün ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 91 nömrəli məktəbəqədər təhsil müəssisəsində "Sağlam psixososial iş mühiti: oynayaraq öyrədirik" mövzusunda sertifikatlaşdırılmış təlimçi-məsləhətçi Elçin Sərdarov tərəfindən ödənişsiz təlim keçirilib.

   Təlimin məqsədi - tərbiyəçi-müəllimlər arasında sağlam psixososial mühitin dəstəklənməsi, kollektivdə ünsiyyəti oyunlar vasitəsilə gücləndirmək, onlara müsbət və inkişafetdirici kommunikasiyanın qurulması, səmərəli əməkdaşlıq edilməsi sahəsində bacarıqların formalaşdırılmasında dəstək olmaqdır.

  Təlim iştirakçıları səmərəli kommunikasiyanın əsasları, növləri, məktəbəqədər müəssisədə əsas ünsiyyət maneələri, peşəkar ünsiyyətin 4 prinsipi, ünsiyyət alqoritmi ilə tanış olub. 

  

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: