Xəbərlər
ETİHİ Səbail RK tərəfindən 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar komitənin üzv təşkilatı olan 239 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici təlim keçirilib

#ETIHISəbailRK #BeynəlxalqƏlillərGünü
Elm və Təhsil İşçiləri Səbail Rayon Komitəsi tərəfindən 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar komitənin üzv təşkilatı olan 239 nömrəli tam orta ümumtəhsil məktəbində “inteqrasiya olunmuş siniflər” layihəsi nəzərə alınaraq təhsilalanlara maarifləndirici təlim keçirilib.
Təlimdə təhsilalanlara ssenarisi ETİHİ Səbail Rayon Komitəsinin mütəxəssisi Elçin Sərdara məxsus olan “Nurlu An” adlı videoçarx göstərilib və interaktiv formatda müzakirə aparılıb.
Sağlamlıq imkanları məhdud olan şəxslərə və onların ailələrinə diqqət və qayğının artırılması, mövcud problemlərin həllinə cəmiyyətin diqqətinin cəlb olunması Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ailəsinin daim diqqət mərkəzindədir.







