Xəbərlər
ETİHİ Səbail RK üzv təşkilatında Bəxtiyar Vahabzadənin 100 illik yübileyi qeyd edilib
25/12/2025, 15:36

ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 236 Nli tam orta ümumtəhsil məktəblərində Prezident İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 100 illik yübileyinin qeyd edilməsi" haqqında 2025-ci il 21 fevral tarixli Sərəncamına əsasən şairin yubiley gecəsi keçirilib.
Tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələr, şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, rəqs nömrələri ifa edilib.
Bəxtiyar Vahabzadənin əsərlərinə həsr olunmuş rəsm əsərləri sərgilənib.
Tədbirdə Səbail Rayonunun ümumtəhsil məktəblərinin rəhbərləri, valideynlər iştirak edib.








