“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Səbail RK üzv təşkilatların nümayəndələri üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna tur təşkil edib

23/12/2025, 10:16
xeber1

Dekabrın 22-də Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının (ETİHİ) Səbail Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təhsil müəssisələrindən olan nümayəndələrin iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiya təşkil edilib.


Qoşa Qala qapısından başlayan gəzinti zamanı iştirakçılar qala divarları və giriş qapıları, qədim ticarət yollarının keçdiyi ərazilər, şəhərin ilkin formalaşmasını əks etdirən abidələrlə tanış olublar.


Ekskursiya ETİHİ Səbail Rayon Komitəsinin üzvlərinə İçərişəhərin həm tarixi ritmini, həm də zəngin mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaradıb.


Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya komitənin digər üzvlərinin də iştirakı növbəli şəkildə təşkil olunacaq.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: