Xəbərlər
ETİHİ Şəki Şəhər Komitəsinin növbəti onlayn iclası keçirilib
ETİHİ Şəki Şəhər Komitəsinin növbəti onlayn iclası keçirilib.
İclasda gündəlikdə duran aşağıdakı məsələlər müzakirə olunub:
İttifaq üzvlərinin sanatoriya-kurort istirahət yollayışları ilə təmin edilməsi və onlardan istifadə qaydalarına edilmiş son dəyişikliklər;
Üzvlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkənin dilbər guşələrinə ekskursiyaların təşkili;
Görülən işlərin və keçirilən tədbirlərin ictimaiyyətə çatdırılması;
İttifaq üzvlərinə göstərilən maddi-sosial dəstək tədbirlərinin genişləndirilməsi və təkmilləşdirilməsi.
Gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların təklif və rəyləri dinlənilib. İclas qarşılıqlı fikir mübadiləsi və konstruktiv müzakirələr şəraitində keçib. İrəli sürülən təkliflərin nəzərə alınması və fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul olunub.




