Xəbərlər
ETİHİ Şəki Şəhər Komitəsinin xidmətində olan təhsil müəssisələrində “Son zəng” qeyd olunub.

ETİHİ Şəki Şəhər Komitəsinin xidmətində olan təhsil müəssisələrində “Son zəng” qeyd olunub.
Təhsil müəssisələrində keçirilən “Son zəng” tədbirlərində məktəblərin məzunları, müəllim kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzunların məktəb illərini əks etdirən çıxışlar və bədii-kompozisiyalar təqdim olunub. Məktəblilərin əldə etdikləri nailiyyətlərdən bəhs edilib, məzunlara gələcək həyatlarında uğurlar arzulanıb. Səmimi və yaddaqalan anlarla müşayiət olunan tədbirlər məzunların həyatında yeni bir mərhələnin başlanğıcını simvolizə edib.
Tədbirlərdə ETİHİ Şəki Şəhər Komitəsi sədrinin imzası ilə həmkarlar ittifaqı təşkilatlarının və komitələrinin fəaliyyətinin səmərəli təşkilində, ictimai işlərdə və təhsil sahəsinin inkişafında fəal iştirak edən bir sıra müəssisə rəhbərləri, ilk təşkilat sədrləri və müəllimlər komitənin hədiyyələri və təşəkkürnamələri ilə təltif olunublar.









