Xəbərlər
ETİHİ Şirvan şəhər komitəsi tərəfindən 19 aprel 2026-cı il tarixdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna tur təşkil edildi.

19 aprel tarixində ETİHİ Respublika Komitəsinin xüsusi təşəbbüsü və ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhəri üzrə təhsil müəssisələrində fəaliyyət göstərən və şəhər komitəsini təmsil edən ilk həmkarlar ittifaqı təşkilat sədrlərindən təşkil olunmuş 30 nəfərlik bir qrupla Bakı şəhərində yerləşən "İçərişəhər Tarix-Memarlıq Qoruğu"na tur təşkil edilmişdir. Səfər müddətində iştirakçılar qoruqda yerləşən tarixi yerləri ziyarət etmiş, turu mənalı və yaddaqalan şəkildə keçirmişlər. Bu cür tədbirlər onların həm mənəvi rahatlığının təmin olunmasına, həm də qarşılıqlı əlaqələrin və birliklərinin güclənməsinə müsbət təsir edir.
ETİHİ Şirvan Şəhər Komitəsi ittifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına, onların asudə vaxtlarının səmərəli təşkili və mədəni istirahət tədbirlərinin artırılması istiqamətində mütamadi olaraq müxtəlif layihələr həyata keçirir. Səfərdə iştirak edən ilk həmkarlar ittifaqı təşkilat sədrləri onlara göstərilən diqqət və qayğıya görə təmsil etdikləri kollektivlər adından AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliklərinə minnətdarlıqlarını ifadə etmişlər.

















