Xəbərlər
ETİHİ Şirvan Şəhər Komitəsinin İttifaq üzvləri üçün istirahət təşkil olundu.

18, 19, 20 iyul 2026-cı il tarixlərində ən böyük təşkilatlarından olan Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin 60 nəfər ittifaq üzvü komitənin dəstəyi ilə ölkəmizin dilbər guşələrindən olan Qəbələ və İsmayıllı rayonlarında mənalı və xoş istirahət günü keçirdilər. İstirahətin məqsədi ittifaq üzvlərinin gündəlik iş qayğılarından uzaqlaşması və üzvlər arasında mehriban ünsiyyət, kollektiv həmrəyliyin daha da möhkəmləndirilməsi olmuşdur. Kollektiv üzvləri onlar üçün yaradılan yüksək səviyyəli şəraitə və göstərilən diqqətə görə həmkarlar ailəsinə səmimi minnətdarlıqlarını ifadə edərək, təhsil işçilərinin sosial rifahının və asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin böyük əhəmiyyət daşıdığını bildirdilər.






