Xəbərlər
ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən idman yarışlarında qalib olmuş məktəbli gənclər mükafatlandırıldı.

ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən idman yarışlarında qalib olmuş məktəbli gənclər mükafatlandırıldı.
Bu gün ETİHİ Rayon Komitəsi, DŞRTİ Rayon sektoru ilə birgə idmanın cüdo və pankration növləri üzrə ölkə birinciliyində qalib olmuş məktəbli gənclərlə görüşü keçirilmişdir.Tədbirdə DŞRTİ Rayon sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kerimov, qalib idmançılar və onların müəllimləri iştirak etmişlər.
Səmimi keçən görüşdə qalib şagirdlərin yarış təəsüratları dinlənilmiş, onlara gələcək fəailiyyətlərində uğurlar arzulanmışdır.
“Cüdo” idman növü üzrə 14 yaşlı qızlar arasında qalib olmuş şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Fərzəliyeva Nərgiz və pankration idman növü üzrə qalib olmuş şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Osmanov Cavid ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Qalib idmançı şagirdlərimizi və onların kollektivlərini təbrik edirik.











