“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı Cülyan kənd tam orta ümumtəhsil məktəbində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Yaşıl dünya,Parlaq sabahlar” adlı qrant layihəsinin təntənəli bağlanış mərasimi keçirildi.

08/01/2026, 11:01
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı Cülyan kənd tam orta ümumtəhsil məktəbində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Yaşıl dünya,Parlaq sabahlar” adlı qrant layihəsinin təntənəli bağlanış mərasimi keçirildi.


Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov,RİH-in nümayəndəsi Şahin Hüseynov,Şahdağ Milli Parkın elmi işçisi Ata Qəribov,təhsil veteranları,qonaqlar,məktəb kollektivi iştirak etdilər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.


Bağlanış mərasimində layihə rəhbəri,məktəbin ingilis dili müəllimi Sharafat Bayramov çıxış edərək layihə çərçivəsində görülən işlər,əldə olunan nəticələr və şagirdlərin inkişaf göstəriciləri barədə ətraflı məlumat verdi.Tədbirin bədii hissəsində məktəblilər tərəfindən “Yaşıl dünya,Parlaq sabahlar” adlı musiqi kompozisiya təqdim olundu.


Çıxış edənlər layihənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bu cür təşəbüslər şagirdlərin dünyagörüşünün formalaşmasında vacib rol oynadığını bildirdilər.Xüsusilə ekoloji maarifləndirmənin erkən yaşlardan başlanmasının vacibliyi qeyd edildi.


Sonda layihədə fəal iştirak edən şagirdlər və müəllimlər ETİHİ Rayon Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələr ilə mükafatlandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: