“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı olan UGİŞ məktəbində şahmatçı şagirdlərlə görüş keçirildi.

20/02/2026, 21:32
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı olan UGİŞ məktəbində şahmatçı şagirdlərlə görüş keçirildi.


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8,10,12,14 ,16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə ölkə çempionatının seçmə yarışlarının zona mərhələsi başa çatmışdır.Dağlıq Şirvan Regional Təhsil idarəsi üzrə Şamaxı rayonunda keçirilən zona mərhələsində İsmayıllı UGİŞM 10 nəfər şagirdlə iştirak edərək 10 nəfər şagirdin 10-u da (7 şagirdimiz I yer, 3 nəfər şagirdimiz II yer) Azərbaycan çempionatının finalına vəsiqə qazanmışdır.


Görüşdə DŞRTİ İsmayıllı rayon sektorunun müdiri Rəşid Məmmədli,ETİHİ RK-nın sədiri Hafiz Kərimov və məktəbin kollektivi iştirak etdilər.


Çıxış edən natiqlər finala vəsiqə qazanmış 10 nəfər şahmatçı şagirdlərimizə təhsildə,həmçinin şahmat yarışının zona turunda uğurlar qazanması münasibətilə təbrik etdilər və final turunda qələbə qazanmaq üçün müntəzəm məşqlər keçirilməsini tövsiyə etdilər.


Görüşdə həmin şagirdlərin müəllimi Abdulxalıqov Zaur Həsən oğlunun 60 yubiley yaşının tamam olması qeyd olundu.Zaur müəllimin işlədiyi müddətdə hər vaxt işinə məsuliyyətlə yanaşdığı və öz səmimiyyətilə kollektivin hörmətini qazandığı bir daha vurğunlandı.Zona yarışında qalib olub,finala vəsiqə qazanmış şagirdlər və yubilyar Abdulxalıqov Zaur müəllim ETİHİ Rayon Komitəsinin diplom,fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.


Finalçı şagirdlərimizi və yubilyar müəllimimizi təhsil ictimaiyyəti adından təbrik edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: