Xəbərlər
ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatlarında təhsil müəssisə rəhbərləri ilə həmkarlar ittifaqı təşkilat sədrləri arasında 2025- 2027-ci illər üçün kollektiv müqavilənin bağlanılması tədbirləri yekunlaşmışdır.

Bu gün UGİŞM və Rayon Təhsil Sektoru ilk təşkilatlarında kollektiv müqavilənin bağlanılması və həmkarlar ittifaqı ilk təşkilatın möhürlərinin təqdim etmə mərasimi keçirilmişdir.
Təhsil Sektorunun həmkarlar təşkilat sədrinin işinin dəyişməsi ilə əlaqədar yeni sədrin seçkisi keçirilmiş və sektorun əməkdaşı Tarverdiyev Elgün Qalib oğlu səsvermə nəticəsində Rayon Təhsil sektorunun ilk həmkarlar təşkilatının sədri seçilmişdir.
Sonra Rayon Təhsil sektorunun rəhbəri Rəşid Məmmədovla yeni seçilmiş sədr arasında kollektiv müqavilə imzalanmış, təşkilatın yeni möhürü təqdim olunmuşdur.
Bütün təşkilatları təbrik edirik, müqavilənin şərtlərinin yerinə yetirilməsində hər bir kollektiv üzvünə uğurlar arzulayırıq.