Xəbərlər
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı olan Talıstan kənd uşaq bağçasının müdiri Nəcibə Hüseynovanın 60 illik yubileyi qeyd olundu.

9 mart 2026-ci il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı olan Talıstan kənd uşaq bağçasının müdiri Nəcibə Hüseynovanın 60 illik yubileyi qeyd olundu.
ETİHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və bağçanın işçiləri Nəcibə müəllimi təbrik etdilər,ona sağlamlıq, xoşbəxtlik və pedaqoji fəaliyyətində uğurlar arzuladılar.
Yubilyar müəllim ETİHİ Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldı. Bütün təhsil ictimaiyyəti adından Nəcibə Hüseynovanı yubiley yaşının tamam olması münasibətilə təbrik edirik,ona sağlam ömür, gələcək fəaliyyətində uğurlar arzulayırıq.





