“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində kollektiv üzvlərilə görüş keçirildi.

17/03/2026, 09:59
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində kollektiv üzvlərilə görüş keçirildi.  


Novruz bayramı ərəfəsində keçirilən bu görüşdə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər.


 Vaxtı ilə rayonun Qarabağ qəsəbəsində məskunlaşan,rayona pənah gətirmiş köçkün soydaşlarımızdan ibarət , 30 nömrəli Ağdam rayonu ümumtəhsil məktəbi kimi fəailiyyət göstərən və bu ilin yanvar ayından İsmayıllı rayonu təhsil sektorunun tərkibinə birləşdirilmiş məktəb kollektivi ilə yaxından tanış olmaq , onların yeni ilk həmkarlar təşkilatının tərkibinin seçilməsi görüşün əsas məqsədi oldu.   


AHİK - in Novruz hədiyyələrini kollektiv üzvlərinə çatdıran Rayon Komitəsi sədri ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin səmimi Novruz bayramı təbriklərini ittifaq üzvlərinə çatdırataraq onların iş və məişət problemlərilə maraqlandı. Məktəbin direktoru Sədi Nəzərovun sədrliyi ilə növbədənkənar məktəb Həmkarlar Komitəsinin hesabat seçki yığıncağı keçirildi. Demokratik səsvermə yolu ilə məktəb Həmkarlar Komitəsinin yeni tərkibi , Əliyeva Aytən Tahir qızı komitənin yeni sədri seçildi. 


İclasda iştirak edən İsmayıllı Rayon Təhsil Sektorunun müdiri kollektiv üzvlərinə Novruz bayramı təbriklərini çatdırdı və yeni tərkibə uğurlar arzulayaraq görüşdən məmnun olduğunu bildirdi.


 Əsasən Laçın, Kəlbəcər, Xocalı və Ağdam rayonu köçünlərindən təşkil olunmuş , rayonun Qarabağ qəsəbəsində yaradılmış şəhər 8 nömrəli məktəb Həmkarlar İttifaqı Komitəsinin fəailiyyətinə uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: