Xəbərlər
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Ziyad Mehdiyev adına Ağbulaq kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi işğaldan azad edilmiş Qarabağ torpaqlarına mənəvi və tarixi əhəmiyyət daşıyan səfər həyata keçirmişdir.

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Ziyad Mehdiyev adına Ağbulaq kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi işğaldan azad edilmiş Qarabağ torpaqlarına mənəvi və tarixi əhəmiyyət daşıyan səfər həyata keçirmişdir . Səfərin əsas məqsədi kollektivin Qarabağın zəngin tarixi , mədəni irsi və azadlıq uğrunda qazanılmış böyük Zəfər haqqında daha yaxından məlumat əldə etmələri olmuşdur . Səfər çərçivəsində kollektiv əvvəlcə Ağdam şəhərinə baş çəkmiş , uzun illər işğal altında qalan şəhərdə aparılan genişmiqyaslı bərpa quruculuq işləri iştirakçılarda böyük qürur hissi yaratmışdır . Daha sonra kollektiv Xocalı şəhərində olmuş ,burada xalqımızın yaddaşına əbədi həkk olunmuş faciənin qurbanlarını ehtiramla yad etmişdir . Səfərin növbəti dayanacağı tarixi Əsgəran qalası olmuşdur . Qalanın qədim memarlıq xüsusiyyətləri və Qarabağ tarixi də tutduğu mühüm yer iştirakçıların diqqətini cəlb etmişdir . Kollektiv həmçinin Xankəndi şəhərini. ziyarət edərək burada Azərbaycan dövlətinin suverenliyinin bərqərar olmasının yaratdığı qürurverici mənzərənin şahidi olmuşdur .
Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər isə xüsusilə unudulmaz olmuşdur . Şuşanın tarixi küçələri , qədim abidələri və bərpa olunan mədəniyyət ocaqları kollektiv üzvlərində dərin təəssürat yaratmışdır . Şuşada olmaq hər bir iştirakçı üçün həm qürur , həm də mənəvi yüksəliş mənbəyinə çevrilmişdir .
Kollektiv Laçın rayonunda səfər etmişdir . Füsunkar təbiəti , dağları və saf havası ilə seçilən Laçında aparılan yenidənqurma işləri Qarabağın gələcəyinə olan inamı daha da artırmışdır .
Bu səfər Ağbulaq kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün yalnız bir ekskursiya deyil , həm də vətənpərvərlik dərsi olmuşdur . İşğaldan azad edilmiş torpaqlarımızı görmək , orada aparılan quruculuq işləri ilə tanış olmaq və şəhidlərimizin xatirəsini yad etmək iştirakçıların Vətənə bağlılıq hisslərini daha da gücləndirmişdir . Kollektiv səfərdən böyük qürur və xoş təəssüratlarla qayıtmış ,Qarabağın dirçəlişinin şahidi olmağın sevincini yaşamışdır .
Kollektiv üzvləri bu səfərin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə Elm və Təhsil İsçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlığını bildirdilər.









