Xəbərlər
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatları olan orta ümumtəhsil məktəblərində də "Son zəng" tədbiri yüksək səviyyədə təlimata uyğun təşkil olundu.

3 iyun respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatları olan orta ümumtəhsil məktəblərində də "Son zəng" tədbiri yüksək səviyyədə təlimata uyğun təşkil olundu.
Son zəng tədbirində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, İsmayıllı rayon Təhsil Sektorunun, Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, əməkdar müəllimlər, təqaüddə olan müəllimlərimiz, valideynlər, digər qonaqlar, məktəb rəhbərliyi, məktəb kollektivi və şagirdlər iştirak etdilər. Tədris ili ərzində müxtəlif müsabiqələrdə fərqlənən məzunlar, müəllimlər rəhbərliyin diplom, fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Əziz məzunlarımız , yolunuz daim açıq olsun, gələcək həyatınızda dövlətimizə, cəmiyyətimizə layiqli vətəndaş olasınız. Uğurlarınız bol olsun. Səsiniz daim yüksəklərdən gəlsin.





























