Xəbərlər
ETİHİ Suraxanı Rayon Komitəsi 203 nömrəli körpələr evi-uşaq bağçasının kollektivinin Quba səfərini təşkil edib

ETİHİ Suraxanı Rayon Komitəsi 203 nömrəli körpələr evi-uşaq bağçasının İlk Həmkarlar İttifaqı Təşkilatının üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də onların istirahətinin yüksək səviyyədə təmin olunması məqsədilə Quba rayonuna səfər təşkil etmişdir.
Səfər çərçivəsində kollektiv üzvləri Qubanın füsunkar təbiəti, zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq, gündəlik iş rejimindən uzaqlaşaraq xoş və yaddaqalan anlar yaşamaq imkanı əldə etmişlər. Səmimi ünsiyyət və mehriban kollektiv mühiti şəraitində keçən səfər iştirakçılar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, əməkdaşlıq və birlik ruhunun güclənməsinə töhfə vermişdir.
Bu cür tədbirlərin təşkili həmkarlar ittifaqı üzvlərinin sosial-mədəni istirahətinin təmin olunması, onların mənəvi ruh yüksəkliyinin artırılması və kollektivdə sağlam münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





