Xəbərlər
ETİHİ tərəfindən Qaradağ rayon ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün "Nazlı bulaq" da istirahət təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Qaradağ rayonu üzrə təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün növbəti istirahət proqramı təşkil olunub.
Belə ki, cari həftəsonu (11-12 aprel) Qaradağ rayon komitəsi üzrə fəaliyyət göstərən ilk təşkilat sədrlərinin iştirakı ilə Quba rayonunda yerləşən “Nazlıbulaq” istirahət mərkəzinə səfər baş tutub.
Səfər çərçivəsində iştirakçıların həftəsonunun səmərəli və yaddaqalan təşkili, onların istirahətinin təmin olunması, eyni zamanda qarşılıqlı ünsiyyətin və həmrəyliyin gücləndirilməsi məqsədilə müvafiq şərait yaradılıb.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi və onun yerli qurumları tərəfindən ittifaq üzvlərinin asudə vaxtlarının daha səmərəli təşkili istiqamətində bu cür layihələr davam etdirilir.
ETİHİ Qaradağ Rayon Komitəsi olaraq, göstərilən bu dəyərli təşəbbüsə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə dərin minnətdarlığımızı bildiririk.





