“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ tərəfindən təlimlərə start verilib.

23/04/2026, 13:02
xeber1

ETİHİ tərəfindən əməkdaşların peşə bacarıqlarının inkişafı və iş fəaliyyətinin daha səmərəli təşkili məqsədilə təlimlərə start verilib.Bu təlimlər zamanı iştirakçılara sənədlərlə düzgün işləmə qaydaları,iş proseslərinin planlaşdırılması,rəsmi yazışma mədəniyyəti və ümumi idarəetmə bacarıqları aşılanır.Təlimlərin əsas məqsədi əməkdaşların gündəlik iş fəaliyyətində daha dəqiq,operativ və məsuliyyətli yanaşma nümayiş etdirməsinə dəstək olmaqdır.Eyni zamanda, iştirakçılar müasir iş prinsipləri ilə tanış olur, praktiki biliklər əldə edir və bu bilikləri öz iş mühitində tətbiq etmək imkanı qazanırlar.Belə təşəbbüslər iş keyfiyyətinin yüksəldilməsinə,xidmət səviyyəsinin yaxşılaşdırılmasına və ümumilikdə təşkilat daxilində peşəkarlığın artırılmasına mühüm töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: