“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Tərtər Rayon Komitəsinin əməkdaşları şəhid Mirzəli Rəşadın anası Afidə Mirzəyevanın ad günü münasibəti ilə ziyarət ediblər

15/12/2025, 15:24
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Tərtər Rayon Komitəsinin sədri Niyaməddin Aslanov və komitənin əmakdaşları şəhid anası Afidə Mirzəyevanı ziyarət ediblər.Söhbət zamanı şəhid anası Afidə Mirzəyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Həmçinin tarixi qələbəmizdə şəhidlərimizin şücaətindən bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır. Şəhid anası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlığını bildirmişdir.

Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsi uğrunda” medalı ilə təltif edildi.

Şəhid Anamız hal hazırda Ağdərə Rayon Talış kənd tam orta məktəbin direktor vəzifəsini icra edir.

Allah şəhidlərimizə rəhmət eləsin!


Gallery Image

Sosial şəbəkələrdə paylaş: