Xəbərlər
ETİHİ Tovuz rayon Komitəsinin təşkilatçılığı ilə ucqar dağ məktəblərində "Novruzun İlaxır" çərşənbəsi qeyd olundu

ETİHİ Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə rayon mərkəzindən uzaqda yerləşən Tovuz rayonu Şah İsmayıl Xətai adına Köhnəqala kənd tam orta ümumtəhsil, Tovuz rayonu Araz Hüseynov adına Yanıqlı kənd tam orta ümumtəhsil məktəbi, Tovuz rayonu Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta ümumtəhsil məktəbi, Tovuz rayonu Yanıqlı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Tovuz rayonu Məşədilər kənd tam orta ümumtəhsil məktəbi və həmin kəndlərin körpələr evi uşaq bağçalarının kollektivləri ilə milli mənəvi dəyərlərimizdən olan "Novruzun İlaxır" çərşənbəsi qeyd olundu, tədbirdə şəhid ailələri, qazilər və Tovuz rayon Təhsil Sektorunun əməkdaşlarıda iştirak etdilər. Hər bir məktəb öz təqdimatlarında milli adət ənənələrimizi əks etdirən çıxışları və səhnəcikləri ilə tədbiri daha da canlandırdılar. Çıxış edənlər xalqımızın birliyini, həmrəyliyini və yenilənmə ruhunu təcəssüm etdirdiyini vurğuladılar. Bu cür tədbirlər bir daha göstərir ki, Novruz Milli Bayramımız olmaqla bərabər həm də birlik, sevinc və milli kimliyimizin ən gözəl ifadəsidir.










