Xəbərlər
ETHİ Üzv təşkilatlarla görüş
28/11/2025, 17:51

Bu gün Quba-Xaçmaz regionunun ilk təşkilat sədrləri ilə daha bir görüşümüzü Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində keçirdik. #Quba, #Xaçmaz, #Şabran, #Qusar və #Siyəzən rayon komitələrinin nəzdində çalışan 390 ilk təşkilat sədri ilə bir araya gəlib fəaliyyət istiqamətlərimizi müzakirə etdik.
Üzv təşkilatlarla bilavasitə ünsiyyətin genişləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və maarifləndirici təşəbbüslərin artırılması gündəliyimizin əsas mövzuları oldu. Təhsil işçilərinin hüquqları, həmrəylik prinsipləri və ilk təşkilatların inkişafı barədə fikirlərimizi bölüşdük, səsləndirilən rəy və təklifləri diqqətlə dinlənildi,lazımi tapşırıqlar verildi.









