Xəbərlər
ETİHİ üzvləri üçün maarifləndirici və istirahət turları davam edir
31/07/2026, 12:14

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (#ETİHİ) rayon və şəhər komitələrinin təşkilatçılığı ilə təhsil işçiləri üçün respublikamızın müxtəlif bölgələrinə maarifləndirici və istirahət yönümlü turlar təşkil olunur.
Bu səfərlər iştirakçılara ölkəmizin zəngin təbiətini, tarixi-mədəni irsini yaxından tanımaq, asudə vaxtlarını səmərəli keçirmək imkanı yaratmaqla yanaşı, həmkarlar arasında ünsiyyətin, qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin daha da güclənməsinə töhfə verir.














