Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi oktyabr-noyabr aylarında ilk həmkarlar ittifaqı təşkilatlarında yeni sədr seçkiləri keçirib.

ETİHİ Xətai Rayon Komitəsi oktyabr-noyabr aylarında Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbdə, Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə, Sədrəddin Həsənov adına 63 nömrəli tam orta məktəbdə, həmçinin 271 və 233 nömrəli körpələr evi–uşaq bağçalarında ilk həmkarlar ittifaqı təşkilatlarında yeni sədr seçkiləri keçirib.
İclaslarda ilk olaraq məktəb və bağça kollektivləri ilə tanışlıq aparılmış, daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Görüşlərdə ETİHİ tərəfindən son bir il ərzində ittifaq üzvləri üçün görülmüş işlər, yaradılmış imkanlar və həyata keçirilən tədbirlər barədə geniş məlumatlar təqdim olunmuşdur.
Eyni zamanda diqqətə çatdırılmışdır ki, ETİHİ daim təhsil işçilərinin yanında olmaqla onların əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi istiqamətində məqsədyönlü fəaliyyət göstərir, qanuni mənafelərini qorumağa xüsusi önəm verir.
Çalışmanın yaş həddi ilə əlaqədar və öz istəkləri ilə işindən ayrılan sədrlərin yerinə keçirilən yeni sədr seçkiləri demokratik prinsiplər əsasında, məktəbdə çalışan ittifaq üzvləri arasından könüllü şəkildə namizədliyini irəli sürən iştirakçıların səsvermə nəticəsində səs çoxluğu qazanaraq yeni sədr seçilməsi ilə başa çatmışdır.













