Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi tərəfindən 8 Mart münasibətilə ittifaq üzvlərinə hədiyyələr təqdim olunub
09/03/2026, 14:44

ETİHİ Xətai Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ittifaq üzvlərinə hədiyyələr təqdim edilmiş, bayram münasibətilə müxtəlif tədbirlər təşkil olunmuşdur. Həmçinin bayram münasibətilə şəhid anaları və 65 yaşı tamam olan şəhid bacısı Rayon Komitəsinin sədri tərəfindən gül dəstələri və hədiyyələr ilə təbrik edilmişdir.
ETİHİ Xətai Rayon Komitəsi hər zaman ittifaq üzvlərinə diqqət və qayğı göstərir, onların əməyinin yüksək qiymətləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirir.









