Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi tərəfindən həmkarlar ittifaqı üzvləri üçün növbəti tur-ekskursiya təşkil olunub

Avqustun 8-də ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları üçün Qusar rayonuna birgünlük gəzinti turu keçirilib. Tədbirdə hər müəssisədən bir həmkarlar ittifaqı üzvü iştirak edib. Səfər çərçivəsində iştirakçılar füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli, mənalı və yaddaqalan şəkildə keçiriblər. Bu gəzinti kollektiv arasında yeni dostluq əlaqələrinin qurulmasına, ünsiyyətin genişlənməsinə və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edib.
ETİHİ Xətai Rayon Komitəsi öz üzvlərinin rifahını və istirahətini daim diqqətdə saxlayaraq onlar üçün mütəmadi olaraq sosialyönümlü layihələr, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Xətai Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirib, bu cür təşəbbüslərin gələcəkdə də davamlı olmasını arzulayıblar.








