“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsi tərəfindən ittifaq üzvləri üçün iftar süfrəsi təşkil olundu

15/03/2026, 12:00
xeber1

Martın 12-də ETİHİ Xətai Rayon Komitəsi tərəfindən ittifaq üzvləri üçün Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olundu.


Tədbirin keçirilməsində məqsəd ittifaq üzvləri arasında həmrəyliyin və birliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və qarşılıqlı ünsiyyətin inkişaf etdirilməsi idi.


İftar mərasimində ittifaq üzvü olan şəhid anaları, şəhid və qazi ailələrinin üzvləri, məktəb direktorları, bağça müdirləri, eləcə də təşkilatlar üzrə ilk həmkarlar ittifaqı sədrləri iştirak edirdilər.


Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrlərinə öz dərin minnətdarlıqlarını ifadə etdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: