Xəbərlər
ETİHİ Xətai rayon Komitəsi tərəfindən keçirilən Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan idman yarışlarının qalibləri mükafatlandırıldı

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, Xətai rayonu ümumi təhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında dama, mini-futbol, stolüstü tennis, basketbol və voleybol idman növləri üzrə keçirilən yarışlarda kişi və qadınlardan ibarət komandaların qalibləri mükafatlandırıldı.
Bakı şəhəri 98 nömrəli tam orta məktəbdə təşkil edilən təltifetmə mərasimində qalib komandaların üzvləri ETİHİ Xətai Rayon Komitəsi tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olundular.
Yarışların keçirilməsində məqsəd ittifaq üzvləri arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, eləcə də həmrəyliyin və birliyin daha da möhkəmləndirilməsi olmuşdur.















