Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin anası Zəminə xanım Məhərrəmovanı ad günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib
05/10/2026, 10:28

Oktyabrın 2-də ETİHİ Xətai Rayon Komitəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 194 nömrəli körpələr evi-uşaq bağçasında olduq.
Görüşdə bağçanın əməkdaşı, həmkarlar ittifaqının üzvü, Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin anası Zəminə xanım Məhərrəmovanı ad günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdik.
Zəminə xanıma möhkəm cansağlığı, uzun ömür və səadət arzuladıq, Komitə adından hədiyyə təqdim edərək xatirə şəkilləri çəkdirdik.
Qəhrəman şəhidimizin anasına diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Şəhidlərimizin ruhu şad olsun!




