“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsində ilk həmkarlar ittifaqı sədrləri ilə iclas keçirildi

28/02/2026, 14:22
xeber1

Bu gün ETİHİ Xətai Rayon Komitəsində xidmətə daxil olan təşkilatlar üzrə ilk həmkarlar ittifaqı sədrləri ilə 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət planına dair iclas keçirildi.


Görüş zamanı cari il ərzində Rayon Komitəsi və üzv təşkilatlar tərəfindən icrası nəzərdə tutulan tədbirlər, sosial layihələr və təşkilati məsələlər ətrafında ətraflı müzakirələr aparıldı. Fəaliyyətlərin daha səmərəli və sistemli şəkildə həyata keçirilməsi, üzvlərlə əlaqələrin gücləndirilməsi, eləcə də qarşıya çıxan aktual məsələlərin operativ həlli istiqamətində fikir mübadiləsi aparıldı və müvafiq təkliflər verildi.


Eyni zamanda, ilk həmkarlar ittifaqı sədrlərinə ittifaq üzvləri tərəfindən onlara ünvanlanan sual və müraciətlərə əsasən müvafiq cavablar verildi. Sədrlərə ETİHİ-nin əsas vəzifələri, fəaliyyət istiqamətləri, üzvlər üçün təmin etdiyi sosial təminatlar və üstünlüklər haqqında geniş məlumat təqdim olundu.

Görüş çərçivəsində sədrlərə fəaliyyətlərinə dair zəruri hallarda metodiki və təşkilati dəstəyin göstəriləcəyi də vurğulandı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: