Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsinin sədri Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Əliyevin övladının toy mərasimində iştirak etdi

ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov yanvarın 11-də 48 nömrəli tam orta məktəbdə çalışan təhsil işçisi, Birinci Qarabağ müharibəsinin şəhidi Çingiz Əliyevin həyat yoldaşı Hicran xanım Əliyevanın övladı Elgiz Əliyevin toy mərasimində iştirak etdi.
Toy zamanı S.Səfərov çıxış edərək ailə quran gənclərə xeyir-dua verdi, onlara xoşbəxt, firavan və səadət dolu ömür arzuladı.
Şadlıq mərasimində məktəbin rəhbərliyi, müəllim kollektivi və dəvət olunmuş qonaqlar da iştirak edirdi. Onlar da gənc ailəyə öz xoş arzularını və səmimi təbriklərini çatdırdılar.
Qeyd edək ki, ETİHİ Xətai Rayon Komitəsi olaraq ittifaq üzvlərimizin şad və sevincli günlərində daim onların yanında olmağı özümüzə borc bilirik. Xüsusilə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Vətən oğullarının bizə əmanət qoyduğu övladların xoş günlərində iştirak etmək və onlara mənəvi dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Bildirik ki, şəhid övladı Elgiz Əliyev ilə ailə həyatı quran gəlin - 48 nömrəli tam orta məktəbin musiqi müəllimi də bizim ittifaq üzvümüzdür.






