“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsinin təşəbbüsü ilə məktəbəqədər təhsil müəssisələrinin müdirləri üçün səhər yeməyi təşkil olunmuşdur

15/12/2025, 10:21
xeber1

Dekabrın 13-də ETİHİ Xətai Rayon Komitəsinin təşəbbüsü ilə rayon ərazisində fəaliyyət göstərən, həmkarlar ittifaqının üzvü olan məktəbəqədər təhsil müəssisələrinin müdirləri üçün səmimi səhər yeməyi təşkil olunmuşdur.

ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvlərinə göstərdiyi diqqət və qayğını daim ön planda saxlayaraq, onların sosial və mənəvi dəstəyini gücləndirmək məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Keçirilən bu görüşün əsas məqsədi rayon üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin həmkarlar təşkilatına bağlılığını daha da möhkəmləndirmək, onların müraciətlərinə dəstək olmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək olmuşdur.

Tədbir zamanı müəssisə müdirləri son bir il ərzində onlara göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin sədrinə və ETİHİ Xətai Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: