“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup həmkarlar ittifaqı üzvü üçün ölkəmizin füsunkar guşələrin birinə tur-ekskursiya təşkil edilmişdir

03/08/2026, 10:30
xeber1

Avqustun 1-də ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup həmkarlar ittifaqı üzvü üçün ölkəmizin füsunkar guşələrindən biri olan Qusar rayonuna tur-ekskursiya təşkil edilmişdir.


Tur iştirakçıları təbiət qoynunda dincələrək xoş və yaddaqalan anlar yaşamış, asudə vaxtlarını səmərəli və mənalı keçirmişlər. Səfər onlara tədris ilinin yorğunluğunu aradan qaldırmağa, həm fiziki, həm də mənəvi cəhətdən dincəlməyə gözəl imkan yaratmışdır.


ETİHİ Xətai Rayon Komitəsi həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətlərinin təmin olunması istiqamətində mütəmadi olaraq tur-ekskursiyalar, sosial layihələr və müxtəlif tədbirlər həyata keçirir.


Tur iştirakçıları onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinə və ETİHİ Xətai Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə etmiş, bu cür sosialyönümlü təşəbbüslərin davamlı olaraq həyata keçirilməsini alqışlamışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: