“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin müdirləri və əməkdaşları üçün Qusar rayonuna tur-ekskursiya təşkil olunmuşdur

20/07/2026, 10:19
xeber1

İyulun 18-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri və əməkdaşları üçün Qusar rayonuna birgünlük tur-ekskursiya təşkil olunmuşdur.


Tur iştirakçıları Qusarın füsunkar təbiəti qoynunda xoş və mənalı istirahət edərək gündəlik iş gərginliyindən uzaqlaşmaq, asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanmışlar. Ekskursiya iştirakçıların həm fiziki, həm də mənəvi cəhətdən dincəlməsinə, kollektiv üzvləri arasında ünsiyyətin və qarşılıqlı həmrəyliyin daha da möhkəmlənməsinə şərait yaranmışdır.


Tur zamanı müəssisə rəhbərləri və əməkdaşlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının son dövrlərdə həyata keçirdiyi sosialyönümlü layihələri, üzvlərin rifahının yüksəldilməsinə və asudə vaxtının səmərəli təşkilinə göstərilən diqqəti yüksək qiymətləndirmişlər. Onlar yaradılan şəraitə və göstərilən qayğıya görə ETİHİ Respublika Komitəsinə və ETİHİ Xətai Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə etmiş, bu cür sosial layihələrin davamlı keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: