“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrində çalışan qadın təhsil işçiləri arasında voleybol turniri keçirilib.

08/12/2025, 10:03
xeber1

Konstitusiya və Suverenlik ilinə həsr olunan bu turnirin məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, dostluq və həmrəyliyin möhkəmləndirilməsi, həmçinin aktivliyin artırılması olub.

Tədbirin açılışında çıxış edən Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, müəllimlərimizin həm tədrisdə, həm də cəmiyyətdə fəal mövqe nümayiş etdirməsi bizim üçün çox önəmlidir. Bu kimi idman tədbirləri onların həm sağlamlığının, həm də birliyinin möhkəmlənməsinə xidmət edir.

269 nömrəli tam orta məktəbin direktoru Aygün Əzizova çıxışında belə yarışların müntəzəm təşkil olunmasının ETİHİ Xətai Rayon Komitəsinin ittifaq üzvlərinə göstərdiyi diqqət və qayğının bariz göstəricisi olduğunu bildirib. O həmçinin komitənin təhsil işçilərinə yönəlik faydalı layihə və təşəbbüslərinin daim dəstəkləndiyini vurğulayıb.

Qeyd edək ki, turnirdə rayon üzrə 30 təhsil müəssisəsinin müəllimləri iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yarışın sonunda nəticələrə əsasən qalib komandalar Xətai Rayon Komitəsi tərəfindən Təltifnamə və Təşəkkürnamə ilə təltif olunub, medallar və pul mükafatları ilə mükafatlandırılıblar.

Tədbirin sonunda yarış iştirakçıları ETİHİ Respublika Komitəsinin sədrinə və Xətai Rayon Komitəsinə öz minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: