“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xəzər Rayon Komitəsinin təşəbbüsü ilə həmkarlar ittifaqı üzvləri üçün Quba rayonuna tur təşkil olunub

28/06/2026, 13:26
xeber1

ETİHİ Xəzər Rayon Komitəsinin təşəbbüsü ilə həmkarlar ittifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Xəzər rayonu 234 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı üzvləri üçün Quba rayonuna yaddaqalan tur təşkil olunmuşdur.

Səfər çərçivəsində iştirakçılar Quba rayonunun füsunkar təbiəti ilə yaxından tanış olmuş, Qəçreş meşəsinin ecazkar mənzərələrini seyr etmiş, Çənlibel gölü, Mountain Breeze istirahət kompleksi və Qımılqazma yaylasında olmuşlar. Təmiz dağ havası, əsrarəngiz təbiət və səmimi ünsiyyət iştirakçılarda xoş təəssüratlar yaratmış, onların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsinə töhfə vermişdir.

Yüksək təşkilatçılıq səviyyəsində həyata keçirilən tur iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Həmkarlar göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə, həmçinin ETİHİ Xəzər Rayon Komitəsinə təşəkkürlərini bildirmiş, bu cür tədbirlərin kollektiv üzvləri arasında həmrəyliyin, dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulamışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: