Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi Novruz tədbirləri keçirib.
19/03/2026, 08:48

18 və 19 mart 2026-cı il tarixlərində ETİHİ Yardımlı rayon komitəsi rayonun Zərifə Əliyeva adına şəhər 1 və 2 saylı, Çayüzü və Yolocaq kənd uşaq bağçalarında "Novruz" bayramı ilə əlaqədar tədbirləri keçirilib.
Uşaq bağçasının balaca fidanlarının çıxışları tədbirə əlavə rəng qatıb.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı münasibətilə verilən hədiyyə qutuları bağça işçilərinə və uşaqlara təqdim olundu.
Bu münasibətlə qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edirik, onlara cansağlığı, işlərində uğurlar arzulayırıq.








