Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi
ETİHİ Yardımlı rayon komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun uşaq bağçalarında bayram tədbirləri təşkil olundu. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların sevincinə şərik olmaq, onların hüquq və mənafelərinin qorunmasının vacibliyini bir daha diqqətə çatdırmaq idi.
Tədbir zamanı uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib, müxtəlif maraqlı çıxışlarla iştirak edərək bayram əhval-ruhiyyəsi yaşadılar. Onlar üçün əyləncəli proqramlar təşkil olundu, uşaqların asudə vaxtlarının səmərəli və maraqlı keçməsi təmin edildi.
Sonda ETİHİ Yardımlı rayon komitəsi tərəfindən uşaqlara hədiyyələr təqdim olundu, onlara sağlam, xoşbəxt və firavan gələcək arzulanıb. Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olmuş, iştirakçılarda xoş təəssüratlar yaratmışdır. Uşaqların simasında ölkəmizin gələcəyinə göstərilən diqqət və qayğının bariz nümunəsi bir daha öz əksini tapmışdır.ETİHİ Yardımlı rayon komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun uşaq bağçalarında bayram tədbirləri təşkil olundu. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların sevincinə şərik olmaq, onların hüquq və mənafelərinin qorunmasının vacibliyini bir daha diqqətə çatdırmaq idi.
Tədbir zamanı uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib, müxtəlif maraqlı çıxışlarla iştirak edərək bayram əhval-ruhiyyəsi yaşadılar. Onlar üçün əyləncəli proqramlar təşkil olundu, uşaqların asudə vaxtlarının səmərəli və maraqlı keçməsi təmin edildi.
Sonda ETİHİ Yardımlı rayon komitəsi tərəfindən uşaqlara hədiyyələr təqdim olundu, onlara sağlam, xoşbəxt və firavan gələcək arzulanıb. Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olmuş, iştirakçılarda xoş təəssüratlar yaratmışdır. Uşaqların simasında ölkəmizin gələcəyinə göstərilən diqqət və qayğının bariz nümunəsi bir daha öz əksini tapmışdır.
















