“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən 2 Fevral-Gənclər Günü münasibəti ilə tədbir keçirildi

02/02/2026, 11:48
xeber1

Yardımlı rayonunda 2 Fevral-Gənclər Günü münasibəti ilə tədbir keçirildi.

Bu günün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirildi. 1997-ci ildən isə Prezident Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Azərbaycan Gəncləri Günü münasibətilə ETİHİ Yardımlı rayon komitəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektoru, Yardımlı Rayon İcra Hakimiyyəti, LARTİ-nin Yardımlı rayon təhsil sektoru, Yardımlı Heydər Əliyev Mərkəzin əməkdaşları və gənclər Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gələrək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.

Görüş Yardımlı Heydər Əliyev Mərkəzinin dəyirmi masasında davam edib. Çıxış edənlər tərəfindən gənclərə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Gəncləri Günü ilə əlaqədar ətraflı məlumat verilib. Gənclər üçün yaradılmış fürsətlər diqqətə çatdırılıb. Daha sonra gənclər mərkəzdə yerləşən eksponatlarla yaxından tanış olublar.

Tərəfimizdən təşkil olunan tədbirlərdə fəal iştirak edən gənclər ETİHİ Yardımlı rayon komitəsi tərəfindən fəxri-fərman, təşəkkürnamə və müxtəlif hədiyyələrlə təltif ediliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: