“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

28/04/2026, 15:07
xeber1

28 aprel 2026-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Təhsil Sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Akademik Zərifə Əliyeva adına 1 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib.

Tədbirdə Yardımlı RİH Başçısının birinci müavini Azər Xamiyev, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, Təhsil Sektorunun müdiri Kamal Təhməzli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov, ictimaiyyət nümayəndələri və bağçanın kollektivi iştirak ediblər.

Əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub

Çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva görkəmli alim, qayğıkeş həkim və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi xalqımızın yaddaşında daim yaşayır. Onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar və qazandığı nailiyyətlər bu gün də öz aktuallığını qoruyur.

Daha sonra körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən hazırlanmış mahnı və şeirlər səsləndirilib.

Tədbirin sonunda körpələr evi-uşaq bağçasının balaca fidanlarına və işçilərə hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: