Xəbərlər
ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Müəllimlər Günü münasibətilə tədbir keçirib

ETİHİ Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində Müəllimlər Günü münasibət ilə rayonun təhsil işçiləri ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Azər Xamiyev, rayonun təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu qeyd olunub, təhsil işçilərinə göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb.
Sonda ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Müəllimlər Günü münasibətilə rayonun təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən müəllim və təhsil işçilərinə hədiyyələr və mükafatlar təqdim olunub. Təhsil işçilərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.







