“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələrinin üzvlərinə maddi dəstək göstərilmişdir

27/05/2026, 15:13
xeber1

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Qurban bayramı münasibətilə rayonun təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvlərinə maddi dəstək göstərilmişdir.

Bu təşəbbüsün əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinə diqqət və qayğı göstərməkdir. Şəhid ailələri xalqımızın ən dəyərli mənəvi sərvətlərindən biridir və hər zaman dövlətimizin, eləcə də cəmiyyətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

Müqəddəs Qurban bayramı münasibətilə bütün şəhid ailələrinə möhkəm can sağlığı, ailə səadəti, firavanlıq və ruzi-bərəkət arzulayırıq. Qəhrəman şəhidlərimizi dərin hörmət, ehtiram və sonsuz minnətdarlıq hissi ilə anırıq.

Qurban Bayramınız mübarək olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir, güc və əmin-amanlıq nəsib etsin.

Sosial şəbəkələrdə paylaş: