“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən şəhid atası Zayirov Azad Şükür oğlunun 65 illik yubiley tədbiri keçirildi

26/05/2026, 08:30
xeber1

26 may 2026-cı il Dəlləkli kənd ümumi orta ümumtəhsil məktəbinin işçisi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimizin atası Zayirov Azad Şükür oğlunun 65 illik yubileyi qeyd olundu.

Tədbirdə YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, rayon veteranlar təşkilatının sədri Zakir İmanov və rayon ağsaqqallar şurasının sədri Etibar Əməşov iştirak ediblər.

Yubiley münasibətilə öncə Şəhid Zairli Zahidin, birinci Qarabağ müharibəsində Şəhid olmuş Mahir İmanovun və Famil Ziyadovun məzarları ziyarət edilərək əziz xatirəsi dərin ehtiramla yad edildi, ruhuna dualar oxundu.

Daha sonra şəhidimiz Zahid Zairlinin ev muzeyi ziyarət olunaraq onun şərəfli ömür yolu və qəhrəmanlığı bir daha anıldı.

Ömrünün 65 ilini ailəsinə, xalqına və Vətənə layiqli övlad yetişdirməyə həsr etmiş Azad müəllim yubileyi münasibətilə səmimi qəlbdən təbrik edildi, ona möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulanıb.

Tədbirin sonunda Zayirov Azad Şükür oğluna xatirə hədiyyəsi təqdim edildi.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: